Aqil M. Quliyev: “Mənə "özündənrazı" damğası vurdular” » AzNews.info -Xəbər portalı

Aqil M. Quliyev: “Mənə "özündənrazı" damğası vurdular” – FOTO

Aqil M. Quliyev: “Mənə "özündənrazı" damğası vurdular”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə tərəfdaşlığı ilə "Həvəskardan peşəkara doğru" adlı layihəsi çərçivəsində təlimlərin üçüncü günü yekunlaşıb.

AzNews.info xəbər verir ki, gənc rejissorların bugünkü qonağı aktyor, rejissor, ssenari müəllifi və məşhur klipmeyker Aqil M. Quliyev oldu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirən Aqil incəsənət sahəsinə qəbul imtahanlarının məhz keçmişdəki kimi - xüsusi qabiliyyət imtahanı ilə keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb: "Aktyorun coğrafiya, riyaziyyat və sairə fənnlər bilməməsi qəbahət deyil. Elə uşaqlar varki, səhnə üçün doğulub. Onların dərsə, digər fənnlərə marağı yoxdur. Bu cür insanlara test imtahanından keçmədiyinə görə, maneə yaratmaq düzgün deyil."
Daha sonra, sənətə gəldiyi zaman qarşılaşdığı problemlərdən danışan Aqil, 90-cı illərin çətinliklərini xatırladıb: "Bizə o zaman kafedradan dedilər ki, plyonka üçün pul yoxdur. Bu zaman çox çətin vəziyyətdə idik. Hətta elə olurdu ki, kamerası olan birini kafedra işə götürürdü ki, tələbələr nəsə çəkə bilsinlər."
Əsasən reklam çəkilişləri etdiyini deyən rejissor ilk dövrlərdə müəllif hüququ problemləri ilə qarşılaşdığını da vurğulayıb. İnternetin olmadığı dövrdə, ayrı-ayrı işbazların, fırıldaqçıların onun çəkdiyi reklam videoçarxlarını videokasetə yazaraq özlərinə müştəri qazanmaq istədiyini deyən Aqil sonda bu məsələdən xəbər tutur: "Bu zaman mən, reklam videoçarxlarında xırda hərflərlə öz adımı yazmağa başladım. Bunu sırf müəllif hüquqlarımı qorumaq üçün etdim. Lakin, onda da damğanı vurdular. "Özündən razı! Reklam çarxlarına adını yazan!" tipli sözlərlə qarşılaşdım"

Daha sonra, gənclərin suallarını cavablandıran rejissor bazar qıtlığının inkişafa mane olduğunu, bu sahəyə təkan vermək üçün türk və rus rejissorlarla, prodakşnlarla birgə işləməyin öz tövhəsini verə biləcəyini vurğulayıb.

Sonda rejissor Aqil M. Quliyev gənclərlə xatirə şəkli çəkdirib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *