Aqil M. Quliyev 23 yaşlı qızı haqda danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Aqil M. Quliyev 23 yaşlı qızı haqda danışdı

Aqil M. Quliyev 23 yaşlı qızı haqda danışdı


Məşhur rejissor Aqil M. Quliyev ilk dəfə 23 yaşlı qızı Sima haqda danışıb.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, “ATV maqazin 10larla” proqramına açıqlama verən rejissor bildirib ki, artıq 1 ildir ki, qızı ilə münasibət qurub:

“Keçən il qızım Moskvada Energetika Universitetini bitirib. Qırmızı diplomla bitirməsi universitetdə aspirant olaraq qalmağa ona kömək etdi.

Oxuyan, xarakteri möhkəm olan şəxsiyyətdir. Biz uzun illər ünsiyyətdə olmamışıq, ona görə də qızım haqda heç vaxt danışmırdım.

Keçmiş həyat yoldaşımın və qızımın xətrinə dəyməmək üçün, onların mənsiz əziyyətini yerə vurmamaq üçün efirlərdə bu mövzuda danışmamışam.

Keçmiş həyat yoldaşım qızımı tək böyüdüb, qızımın üzərində əziyyətim olmayıb. Bəlkə də, qızım haqda danışmağa haqqım yoxdur. Bir il olar ki, ünsiyyətimiz var.

Ağır təbiətli insandır. Məndən çox anasına oxşayır”.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *