Bakıda keçmiş məmur arvadı və qızı tərəfindən öldürülüb
Bakının Nizami rayonunda keçən ilin sentyabr ayında qətlə yetirilən kişinin həyat yoldaşı və qızı tərəfindən öldürüldüyü məlum olub.
ANS PRESS-in Report-a istinadən verdiyi məlumata görə, hadisə zamanı Babək prospekti ev 17-də 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Mənbə:> ANSPRESS