Vəfa Zeynalova model qızından danışdı
Hər kəs öz sənəti ilə məşğul olsa, nəticə də çox gözəl olar.
Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Vəfa Zeynalova qızının modellik etməsi haqda “ATV maqazin onlarla” verilişində danışarkən deyib. Aktrisa qızının həvəskar olduğunu bildirib:
“Qızım tam olaraq model deyil, həvəskardır. Podiuma çıxmaq istəyirdi, mən də razılıq verdim. Çıxıb özünü sınadı. Qızlarım hansı sənətə yiyələnəcəklərsə, onlara dəstək olacağam. Hər kəs öz sənəti ilə məşğul olsa, çox gözəl alınar. İndi bir nəfər on adamın işini görür”.
Mənbə:> Axar.az