Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm – FOTO

Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm


Bu gün Qobustan Rayon Məhkəməsində “Hər fəsil” istirahət əyləncə mərkəzində baş vermiş faciədə təqsirləndirilən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Aytən Əzizovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzNews.info-nun virtualaz.org-a istinadən məlumatına görə, prosesə hakim Qalib Hacıyev sədrlik edib.

Prosesdə hökm oxunub. Hökmə görə, Aytən Əzizova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlum hadisə 23 may, 2014-cü ildə Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar.

Dünyasını dəyişən 10 yaşlı Dəniz “Tutu” uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.

Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm
Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm
Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm
Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm
Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *