İki dost bir nəfəri öldürdü, 35 il iş aldılar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kərim Kərimov və Fuad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə hökm oxunub.
Hökmə görə, Kərim Kərimov 18 il, Fuad Əliyev isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, qətl hadisəsi 22 iyul, 2014-cü ildə Səbayel rayonu ərazisində, Xaqani bağının yaxınlığında baş verib. İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanovla birlikdə Xaqani bağında olarkən Şahin Quliyevlə mübahisə ediblər. Onlar Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçıblar.
Ağır dərəcəli bədən xəsarətləri alan Ş.Quliyev xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kərim Kərimov və Fuad Əliyev tutularaq istintaqa cəlb olunublar.
K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və beşbarmaq aşkar edilərək maddi sübut kimi götürülüb.
Mənbə:> Virtualaz.org