Qızlarımızı Türkiyədə satanlara ağır cəza » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Qızlarımızı Türkiyədə satanlara ağır cəza

Qızlarımızı Türkiyədə satanlara ağır cəza


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Fatma Dadaşzadə və Xatirə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.info-nun lent.az-a istinadən verdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsində seçilmiş qəti imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində bu ilin yanvarın 8-də cinayət işi başlanıb. Cinayət işinin istintaqını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi aparıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onların bir qrup şəxslə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədilə Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparması faktı aşkar olunub. İstintaq dövründə təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *