“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək » AzNews.info -Xəbər portalı

“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək

“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək


27 fevral 2016-cı il tarixində saat 18:00-da Caz Mərkəzində (Sapphire Hotel, 2-ci mərtəbə, Səməd Vurğun 23) “Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək. Növbəti tədbir Günel Anarqızı ilə görüş olacaq.

AzNews.info-nun nazirliyə istinadən verdiyi xəbərə görə, proqramda Nərgiz Cəlilova, Mehriban Zəki və Emil Əfrasiyab çıxış edəcək.

Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Məlumat üçün bildiririk ki, bu artıq "Söz" layihəsinin altıncı tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *