Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu – FOTO

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu


Fevralın 25-də səhər saat 9-da Moskva vilayətindəin Krasnoqorsk şəhərində soyğunçuluq hadisəsi baş verib.

Oxu.Az Rusiyanın DİN-in saytına istinadən xəbər verir ki, Krasnoqorsk şəhər sakini ərinə hücum edilməsinə dair şikayətlə polisə müraciət edib.

Hadisə yerinə gələn polislər müəyyən edib ki, bir neçə nəfər hədə-qorxu gələrək 39 yaşlı sahibkarı oğurlayaraq Moskva vilayətinin Mıtişinsk rayonuna aparıblar.
Cinayətkarlar zərərçəkəni döyüblər, “Porşe Kayen” avtomobilini və 150 min rubl (2000 dollar) pul vəsaitini əlindən alıblar. Daha sonra tələb olunan pulun qalanını yığmaq üçün kişini buraxıblar.

Həmin gün 28-30 yaş arasında olan dörd vətənadaş saxlanılıb, onlardan üçü Azərbaycandan gələnlər olub. Son zamanlarda şübhəli bilinən şəxslər Naberejnı Çelnıda yaşadıqları və dəfələrlə Moskva ərazisinə cinayətkar fəaliyyət üçün gəldikləri müəyyən edilib.

Operativ məlumata görə, şübhəli bilinən şəxslər analoji cinayətlər törədiblər.

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu
Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *