Rusiyada azərbaycanlını döyərək öldürdülər
Rusiyanın Tosno şəhərində iki yerli sakin azərbaycanlını döyərək öldürüblər. Ölənin 39 yaşı olub.
Oxu.Az rusargument.ru-ya istinadən xəbər verir ki, miqrantın cəsədi, onu döyənlərdən birinin evində aşkar edilib.
Hadisə barədə 27 dekabr saat 21:00-da Tosno polis şöbəsinə xəbər verilib.
Cinayətdə şübhəli bilinən şəxslər bir qədər sonra saxlanılıb. Onlardan biri cəsəd tapılan mənzilin 36 yaşlı sahibi, ikincisi isə onun 26 yaşlı dostu olub.
Hazırda saxlanılanlar barəsində “Qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.
Mənbə:> Oxu.Az