Rusiyada azərbaycanlını güllədən keçirtdilər
Gürcüstandan olan azərbaycanlı şənbə günü Moskvaətrafı Krasnoqorskda günün günorta vaxtı hamının gözü önündə qətlə yetirilib. Qətl Mcdonalds restoranının yanında dayanacaqda baş verib.
Oxu.Az “Moskovski komsomolests”ə istinadən xəbər verir.
Cinayətin məxfiliyi killerin hadisə yerinə, qurban ilə üzbəüz gəlməsi üçün taksi ilə gəlməsidir. “MK”-yə məlum olduğu kimi saat 11.40-da 48 yaşlı Gürcüstandan olan azərbaycanlı Qurban Batırxanov restorandan çıxıb.
Öz maşınına o, cəmi 30 metr yol qət etməli idi. Kişinin yanında gözlənilmədən taksi dayanıb.
Cinayətkar arxa qapını açaraq adama yeddi güllə atıb.
İlkin məlumata görə, atəş “Makarov” tapançasından açılıb. Sonra taksi yoluna davam edib. Bulvarın hadisə baş verən hissəsi kamera müşahidəsindən kənardadır.
Həlak olan 48 yaşlı Qurban Mirzə oğlu Batırxanov restoranın yaxınlığında yerləşən evdə yaşayırdı, o rəsmi olaraq heç yerdə işləmirdi. Bəzi məlumatlara əsasən o, Krasnoqorskda qanunsuz sərnişindaşıma ilə pul qazanırdı. Yəqin ki, o, kiməsə “xoş gəlməyib”, buna görə də qətlə yetirilib.
“Hal-hazırda iki maddə üzrə: qətl və qanunsuz silah dövriyyəsi üzrə cinayət işi açılıb. Hadisənin bütün təfərrüatları aydınlaşdırılır”, - “MK”-ya İK Moskva vilayəti üzrə Dİİ-dən bildiriblər.
Mənbə:> Oxu.Az