Azərbaycanlı Peterburqda 57 yaşlı qadını zorladı
Rusiyanın Sankt-Peterburq şəhərində polislər seksual xarakterli davranışda və qarətdə şübhəli bilinən şəxsi saxlayıblar.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanalrından “Rosbalta” verilən məlumata əsasən, sentyabrın 17-də polis bölməsinə 57 yaşlı zərərçəkən qadın müraciət edərək sentyabrın 10-da 5.30 radələrində Lansk şossesində hücuma məruz qaldığını bildirib.
39 yaşlı Azərbaycan vətəndaşı bıçaqla hədə-qorxu gələrək, ona qarşı zorakılıq edib, daha sonra zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıb.
Bir həftə boyunca təqüdçü qadın polisə müraciət etməyə tərddüd edib. Uzun müddət firikləşdikdən sonra polislərə hadisənin necə baş verdiyini danışıb. Kişi qadına bıçaqla hədə qorxu gəlib, cinsi əlaqədən sonra isə onun üzərində olan zinət əşyalarını götürüb.
Nəticədə həmyerlimiz saxlanılıb. Cinayət işi qaldırılıb. Qarət edilən əşyalar bir qismi geri qaytarılıb.
Mənbə:> Oxu.Az