Həmyerlimiz Dubayda ikinci dəfə qalib oldu
Fevralın 19-da Dubay Avtodromunda Formula Gulf 1000 (FG1000) seriyasının 9 və 10-cu mərhələləri başa çatıb.
AzNews.info xəbər verir ki, azərbaycanlı gənc pilot və Avropa Qran Prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev hər iki yarışda böyük uğur əldə edərək podiuma çıxa bilib.
Belə ki, G.Abdullayev seriyanın 9-cu mərhələsində ikinci yerin sahibi olub, 10-cu mərhələ üzrə keçirilən yarışda isə ən yaxşı nəticə göstərərək qələbə qazanıb.
Qeyd edək ki, 2011-ci ildən etibarən Birləşmiş Ərəb Əmirliklərində keçirilən FG1000 yarışı artıq 5-ci mövsümündədir. Hər mövsüm ərzində 14 yarış keçirilir və bu yarışların sonunda ən çox xala sahib olan pilot mövsümün qalibi sayılır. FG1000 yarışının keçirilməsində əsas məqsəd gənc pilotları həm təcrübə, həm də bacarıq baxımından peşəkar avtoidman yarışlarına yüksək səviyyədə hazırlamaqdır.
Mənbə:> AzNews.info