Gənc pilotumuz Dubayda qalib gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Avto, Foto

Gənc pilotumuz Dubayda qalib gəldi – FOTO

Gənc pilotumuz Dubayda qalib gəldi


Gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Formula Gulf 1000” yarışında mübarizəsini uğurla başa vurub.

AzNews.info F-1.az saytına istinadən xəbər verir ki, həmyerlimiz yarışa dünənki sərbəst yürüşlərdən qoşulmuş və ilk iki seansda 5-ci, 3-cü seansda isə 3-cü olmuşdu. Onun bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı “EuroFormula Open” seriyasına hazırlaşmaqdır.

Bu gün keçirilən hər iki yarış üçün vahid sıralama turu tətbiq edilib. Bu seansda 3-cü olan G.Abdullayev ilk yarışda bir qədər pis start alıb, lakin cəmi 10 dövrədən ibarət yarışda startdakı uğursuzluğa baxmayaraq 3-cü olub. Danimarkalı Kato Poulsen 1-ci, səudiyyə ərəbistanlı Maşur Bal Hacelia 2-ci olub.

İkinci yarışa isə möhtəşəm başlayan həmyerlimiz elə ilk döngədə liderliyi ələ alıb. Yarışın sonuna qədər üstünlüyünü qoruyaraq qalib gəlib. Səudiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz 2-ci, Culio Peroni isə 3-cü olub.

Gənc pilotumuz Dubayda qalib gəldi
Gənc pilotumuz Dubayda qalib gəldi

Mənbə: F-1.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *