Bakı-2015: Taekvandoçularımız yarışa uğurla başladılar » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Bakı-2015: Taekvandoçularımız yarışa uğurla başladılar – YENİLƏNİB

Bakı-2015: Taekvandoçularımız yarışa uğurla başladılar


Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvandoçuların mübarizəsinə start verilib.

Oxu.Az xəbər verir ki, 49 kq çəki kateqoriyasında Azərbaycanı təmsil edən Patimat Abakarova rusiyalı Aleksandra Liçaqinaya qarşı mübarizə aparıb 7:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşacaq. Görüş saat 15:30-da start başlayacaq.

58 kq çəki kateqoriyasında çıxış edən idmançımız Məhəmməd Məmmədov isə ilk qarşılaşmada israilli Gili Haimovitsin üzərində inamlı qələbə qazanıb – 7:4.

Məhəmməd 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qarşılaşacaq, görüş saat 15:15-də başlayacaq.

09:59

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində idmançılar yarışacaqlar.

Belə ki, 58 kq çəki kateqoriyasında ölkəmizi təmsil edən Məhəmməd Məmmədov ilk qarşılaşmasını israilli Gili Haimovitsə qarşı keçirəcək və 10:45-də tatamiyə çıxacaq.

Qadınlar arasında 49 kq çəki kateqoriyasında çıxış edən Azərbaycan idmançısı Patimat Abakarova isə rusiyalı Aleksandra Liçaqinaya qarşı mübarizə aparacaq. Görüş saat 10:30-da başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *