Məscidlərdə kamera quraşdırılacaq » AzNews.info -Xəbər portalı

Məscidlərdə kamera quraşdırılacaq

Məscidlərdə kamera quraşdırılacaq


Yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanılacaq.

AzNews.info-nun xəbərinə görə, bunu AzərTac-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

S.Salahlı məscidlərdə kameraların quraşdırılmasının əsas məqsədinin ora gələn insanların təhlükəsizliyini təmin etmək, xoşagəlməz və qanunazidd hərəkətlərin qarşısını almaq olduğunu bildirib.

Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, kameraların quraşdırılması hər hansı hadisəni törədən şəxsin kimliyini dərhal aydınlaşdırmağa imkan verəcək. Bir sözlə, bu proses insanların rahatlığına, cəmiyyətin sabitliyinə yardım edəcək.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *