Komitə daha 10 dini icmaya maliyyə yardımı ayırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Komitə daha 10 dini icmaya maliyyə yardımı ayırdı

Komitə daha 10 dini icmaya maliyyə yardımı ayırdı


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə yardımı ayırıb.

Oxu.Az-a bu barədə komitədən bildirilib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bu cür yardımların əhəmiyyətindən danışıb:

“Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılması, dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrimizin və milli-mənəvi dəyərlərimizin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasıdır.

İcma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas hədəflərinin gənclər olmasının vacibliyi tövsiyə edilib”.

Qeyd edək ki, komitə tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq 67 dini icmaya maliyyə yardımı verilib ki, bunların da 19-u qeyri-islam, 48-i isə İslam dini icmalarıdır.

Onu da əlavə edək ki, verilən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *