Mübariz Qurbanlı 18 dini icmaya maliyyə yardımı ayırdı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən 18 dini icmaya maliyyə yardımı ayrılıb.
Oxu.Az xəbər verir ki, bu məqsədlə iyulun 13-də dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Komitə sədri Mübariz Qurbanlı bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, islami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
M. Qurbanlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini də qeyd edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli