Mübariz Qurbanlı Fazil Mustafaya dəstək verdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı deputat Fazil Mustafanın yerli toylardakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, komitə sədri Facebook səhifəsindəki qeydində Fazil Mustafanın mövqeyini dəstəklədiyini bildirib:
“Millət vəkili Fazil Mustafanın “Azərbaycandakı toy terroru” adlı yazısını oxudum. Yazıda qeyd olunan fikirlərlə həmrəy olduğumu ifadə edir və qaldırılan problemlərin tez bir zamanda həll olunacağına inanıram. Müəllifə ictimaiyyətin də ürəyincə olan bir məsələyə xüsusi diqqət yetirdiyinə görə təşəkkürümü bildirirəm”.
Mənbə:> AzVision.Az