Millət vəkilindən hökümətə çağırış » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Millət vəkilindən hökümətə çağırış

Millət vəkilindən hökümətə çağırış


Milli Məclisin deputatı Fazil Mustafa son günlər Azərbaycan bazarlarında müşahidə olunan qiymət artımına münasibət bildirib.

ANS PRESS-in məlumatına F. Mustafa sosial şəbəkədəki səhifəsində qeyd edib ki, hökumət bununla əlaqədar olaraq dərhal müəyyən tədbirlər görməlidir:

“Putinin avantürasının əziyyəti artıq Azərbaycanda da özünü hiss etdirməyə başlayır. Son günlər bazarda bütün meyvə, tərəvəz və bostan məhsullarının qiyməti sürətlə artmağa başladı. Müvafiq olaraq bütün qida-ərzaq xassəli məhsullarının və sənaye mallarının, eləcə də xidmət sferasında qiymətlərin qalmasınnı qaçınılmaz olduğunu görürük. Rusiya bazarına yönələn Qərb sanksiyaları orada bizim fermerlər və inhisarçılar üçün nə qədər əlverişli imkanlar yaratsa da, mövcud maaşların səviyyəsinə və infilyasiyanın sürətli artım təhlükəsinə görə əhalinin aztəminatlı hissəsi öz ölkəmizdə ciddi əziyyət çəkəcəkdir. Hökumət dərhal təxirəsalınmaz tədbirlər barədə düşünməli və dəqiq bir strategiya izləməlidir. Maaşların, pensiyaların hansısa 5-10 faiz qaldırılması cüzi bir yüngülləşmə sayıla bilər, əsas tədbirlər qiymət artımının sıçrayışının qarşısını almağa yönəlməlidir. Bu vəziyyət Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalara başlanılan andan gözlənilirdi, ancaq həmişəki kimi, bizdə xəstəliyin baş vermə ehtimalını əsas alan profilaktik addımlar olmur, xəstəliyə yoluxandan sonra birbaşa müalicə və cərrahiyyə barədə düşünülür”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *