Bakıda DSK sədrinin oğlu öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda DSK sədrinin oğlu öldürüldü

Bakıda DSK sədrinin oğlu öldürüldü


Bakıda işgəncə ilə öldürülən şəxslə bağlı bəzi faktlar məlum olub.

AzNews.info xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, yanvarın 7-də paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

V. Abbasov oğlunun qatillərinin hələ tapılmadığını bildirib:

“Oğlum bir aydan çox idi tək yaşayırdı. Ailəsində söz-söhbət olduğu üçün həyat yoldaşı uşaqları da götürüb evdən gedib. Fəridin səhhətində də problemləri var idi. Biz şuşalıyıq. Qarabağ müharibəsində atılan top mərmilərinin səsindən onda psixoloji problemləri yaranmışdı. Dəfələrlə bundan müalicə də alıb. Ona görə də heç yerdə işləmirdi. Paltarını, yeməyini özüm aparırdım. Kimlərlə əlaqələrinin olduğunu bilmirdim”.

V. Abbasov hadisə ilə bağlı polisə ifadə verdiyini qeyd edib:

“Hələlik istintaq gedir. Bildiyimə görə tutulan yoxdur”.

Qeyd edək ki, yanvarın 7-də Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzidə tapılıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *