Butçer: Azərbaycanlılar şəhər küçələrinin yarış trasına çevrildiyini görəcəklər
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş təşkilatçısı Tom Butçer 2016-cı ilin iyununda Azərbaycan paytaxtının küçələrində keçiriləcək “Formula 1” yarışına hazırlıq prosesindən danışıb.
“Qarşıdakı beş ay ərzində azərbaycanlılar şəhər küçələrinin FİA-nın tələblərinə cavab verən əsl yarış trasına çevriləcəyini görəcəklər. Biz “Formula 1” komandaları üçün bokslar, yarışların idarə olunması qülləsi, komandalar üçün binalar, həmçinin trekin ətrafında altı böyük, müvəqqəti tribuna görəcəyik.
“Formula 1” yarışı Azərbaycan üçün mühüm hadisədir və onunla fəxr etmək olar”, - deyə, Butçer Ukraine Today-a bildirib.
Mənbə:> Oxu.Az