Bakıda daha bir yol bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Bakıda daha bir yol bağlandı – FOTO

Bakıda daha bir yol bağlandı

İşıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

Formula 1 yarışı ilə əlaqədar Bakıda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bununla əlaqədar olaraq Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Bakıda daha bir yol bağlandı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *