Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam... » AzNews.info -Xəbər portalı

Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam... – VİDEO+FOTO

Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...


Türkiyənin “İşte benim stilim” dəb yarışmasının Azərbaycan versiyası “Bu stil mənim” sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, dəb yarışmasında yersiz müzakirə və qalmaqallar istifadəçilər tərəfindən sərt tənqid olunub.

İştirakçılar arasında atmacaları ilə seçilən İrlana Qasımovanın şənbə günü yayımlanan bölümündəki danışıq tərzi etirazlara səbəb olub.

İrlana digər iştirakçılar Tünzalə, Nigar və Günellə mübahisəsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri reytinq üçün bu addımı atan yarışmanın yaradıcı heyətini qınayıb.

“Qafqazinfo” yeni davalara imza atan iştirakçı İrlana Qasımova ilə əlaqə saxlayıb.

İştirakçı bildirib ki, yarışma üzvləri ilk gündən onun paxıllığını çəkir:

“Qızlar ilk gündən paxıllığımı çəkirdilər. Çünki ilk gün geyindiyim libas digərlərindən fərqlənirdi. O libası kulisdə geyinib çıxanda hamı paxıl-paxıl baxırdı. Bundan sonra özümə daha çox güvəndim. Hətta podiuma çıxanda Zaur Baxşəliyev dedi ki, Günay Musayeva qızlar içərisində ən çox sənin tərzini bəyənir. Bu məni daha çıx ürəkləndirdi. İlk efirdən bunu demək mənim üçün böyük şey idi. İlk efirdən çox danışdığıma görə çox adamın məndən zəhləsi gedir. Hamı deyir ki, aqressiv olmağına baxmayaraq ən tərzli xanım sənsən”.

İrlana yarışmada yaranan mübahisələrin ssenari olmadığını vurğulayıb:

“Verilişdəki davalar əvvəlcədən ssenariləşdirilməyib. Bu mənim xarakterimdir, özüm dalaşqanam. Əlbəttə, biz bir-birimizə rəqibik. Məni gözləri götürmür. Geyim baxımından orada ən çox sponsoru güclü olan mənəm...Hər mağaza məni geyimlə təmin edir. Düz danışmağım da onlara ləzzət eləmir. Mən yaltaqlıq edib onlar kimi tərif yağdıra bilmirəm. Mənim bir sifətim var, onlar kimi min sifətim yoxdu. Qızlar səhnə arxası bir-birilərini tərifləyirlər, ancaq yayımda pisləyirlər. Verilişdə elə qızlar var ki, mənə bənzəməyə çalışırlar. Deyirlər ki, İrlana kimi göz önündə olaq. O verilişin möhürünü mən vurmuşam".



Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...
Qalmaqallı İrlana: Verilişin möhürünü mən vurmuşam...

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *