Sima danışdı: Başıma ayaqqabı atdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Sima danışdı: Başıma ayaqqabı atdılar – VİDEO

Sima danışdı: Başıma ayaqqabı atdılar


Türkiyədə yayımlanan “İşte benim stilim” yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərafətdinova ATV-də yayımlanan “Onlar” verilişinə müsahibə verib.

Oxu.Az xəbər verir ki, model yarışmanın pərdəarxası məqamlarından danışıb:

“Məni yarışmada hazırlaşmağa qoymurdular, rəflərimi dağıdırdılar. Zeynəb adlı iştirakçı başıma ayaqqabı atdı. Həmin hadisəni Nur Yerlitaş gördü. Mən də həmin an Zeynəbi təhqir etdim. O da məni şantaj etməyə başladı. Yaradıcı heyətə dedim ki, “Ya Zeynəb, ya mən”. Onlar da razılaşmadı. Hətta məndən Zeynəbdən üzr istəməyimi də tələb etdilər. Amma ona başıma ayaqqabı atdığına görə, heç bir söz demədilər.

Atam Türkiyəyə gəldi və dedi ki, yarışmadan çıx, narahat olma. Məhkəmə ilə müqaviləni geri qaytardım. Heç bir təzminat ödəmədim. Çünki onların müqaviləsi o qədər də ciddi deyildi. Orada baş verən hadisələrin hamısı əvvəlcədən düzülüb-qoşulurdu.

8 həftə yarışmada qaldım. Sonuna qədər qalsam, birinci olardım. Çünki hamısından məşhur mən idim. Hətta Google üzrə axtarışda Beren Saatdan da önə keçmişdim.

Müabiqədə Ezgi birinci oldu, amma nəticə heç kimin ürəyincə deyildi.”

Sima daha sonra gələcək işləri barədə söz açıb:

“Məşhurlarla çalışan bir menecerlə işbirliyinə başlamışam. O, Özge Ulusoyla da çalşıb. Filmdə, serialda çəkilmək üçün aktrisalıq dərsləri alıram. Yaxın günlərdə tamaşaçılar məni Türkiyə kanallarının birində serialda görəcəklər”.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *