Sima: "Başıma ayaqqabı atdılar"
Türkiyənin tanınmış dəb yarışlarından olan "İşte benim stilim"in azərbaycanlı gözəli oyundan çıxması ilə bağlı növbəti açıqlamasını verib. ANS PRESS-in məlumatına görə, Sima Şərafətdinova yarışdan qovulması barədə deyilənləri təkzib edib.
"Və son açıqlama verirəm. 8 həftə dayandım, üstümə gəldilər, təhqirlər etdilər, alçaltdılar. Yalançı vəziyyətinə salmaq üçün daima çalışdılar. Hər zaman dik dayandım, cavablarını verdim. Amma niyə 4 həftə qalmış yarışı tərk etdim? Çünki yarışmaçılardan biri başıma ayaqqabı atdı və bu heç kimin vecinə olmadı. Ayaqqabı başıma dəyməsə də o qıza heç kim heç nə demədi. Hətta onu qorudular. O, ayaqqabı atdığı üçün mən onun dalaşdım. Əlbətdə ki, kimsə sizin ailənizi təhqir edib, başınıza ayaqqabı atsa siz də cavabını verəsiniz. Demək ki, o ayaqqabı mənim başımı yarsa heç kimin vecinə olmayacaqdı. Sima kiçikdir onsuzda, iki günə unudur... Özümü təhlükəyə atmaq istəmədiyim üçün ata da heyyətlə danışdı. Onlar da biz məsul deyilik dedilər. Mən də belə insanlardan hər şey gözlədiyim üçün bir proqram üçün buna dəyməz dedim və ayrıldım".
Xatırladaq ki, azərbaycanlı iştirakçı müntəzəm olaraq davranışına görə, sərt tənqidlərə məruz qalır.
Mənbə:> ANSPRESS