Müğənninin 4500 dollarlıq ayaqqabısı məsciddə oğurlandı » AzNews.info -Xəbər portalı

Müğənninin 4500 dollarlıq ayaqqabısı məsciddə oğurlandı

Müğənninin 4500 dollarlıq ayaqqabısı məsciddə oğurlandı


Türkiyənin tanınmış müğənnisi Alişan soyulub. ANS PRESS-in məlumatına görə, məscidə gedən müğənninin ayaqqabıları oğurlanıb.

O, bu barədə xəbəri özü model Çağla Şikellə apardığı "Hər şey daxil" proqramında verib. İfaçı ayaqqabısını 15 aylıq kreditlə çox baha qiymətə aldığını deyib.

"Dünən "möhtəşəm" bir gün idi. Heyyətlə birgə Ataköy məscidinə getdik. Yoldaşlarımızdan birinin atası vəfat etmişdi. Namaz qılıb çıxandan sonra ayaqqabılarımı qoyduğum yerdə tapa bilmədim. Məsciddə ayaqqabısız qaldım. İnşallah ehtiyacı olan birinə gedib. Hələ də o ayaqqabının borcunu verirəm. Yeganə olduğu üçün çox baha idi. Birinin ayağında görsəm ağzını, burnunu..."

Qeyd edək ki, Alişanın ayaqqabısının qiyməti 4500 dollar olub. Ayaqqabı təbii dəridəndir, üzəri isə almaz qaşlarla bəzədilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *