“Erməni ilə belə etmirdilər, dedilər üzünə “kislota” tökəcəyik”- Sima
“İşte benim stilim” dəb yarışmasının bugünkü efirində azərbaycanlı iştirakçı Sima Şərafətdinovanın layihə qanunlarına tabe olmadığı üçün verilişdən uzaqlaşdırıldığı açıqlanıb.
“Qafqazinfo”ya açıqlama verən iştirakçı bunun tamamilə yalan olduğunu bildirib:
“Televizorda uzaqlaşdırılma xəbərini eşidəndə xeyli güldüm. Özləri mənə yalançı deyirdilər, ancaq onlar indi 70 milyonun qarşısında utanmadan yalan danışdılar. Təbii ki, məni qovduqlarını deyəcəkdilər. Onların etdiyi rəzilliklər, biabırçılıqdan dolayı Simanın getdiyini deməzlər. Azərbaycanlıları pis qələmə vermək üçün mənim haqqımda yaxşı söz deyə bilməzdilər. Belə bir gerçək var ki, cümə gününün çəkimlərinə saat 5-də girəcəkdik. Onlar saat 10-a kimi mənə yalvarıb, geri qayıtmağımı istədilər. Hətta 4-cü sezonda mənim adımın olduğunu göstərdilər. Dedilər ki, 3-cü sezondan tək sən varsan, qalmalısan. 4-cü sezonun (“İşte benim stilim-All Star”) iştirakçılarından biri sənsən... Qızlar 8 həftədir ki, üstümə gəlirdilər. 8 həftədən sonra münsiflərdə onların tərəfini tutdu. Bu, məni sarsıtdı. Onlar arxada mənim yanımda olduqlarını söyləyirdilər. Mən min üzlü insanların arasında qala bilməzdim”.
Sima iştirakçıların onu şantaj etdiyini deyir:
“Bir gündə bir neçə verilişin çəkimləri baş tuturdu. Həmin gün yarışmacılardan biri mənim başıma ayaqqabı atdı. Məni şantaj etməyə başladırlar ki, sənin üzünə “kislota” tökəcəyik, sənin güvəndiyin üz gözəlliyin də qalmayacaq. Mən bu qədər təhdiddən sonra qorxdum. Layihənin redaktoru dedi ki, əgər qızlar sənin üzünə nəsə töksələr mən cavabdeh deyiləm. Bu söhbəti Nur Yerlitaş da eşitdi. Bu söhbətdən sonra Nur xanımın onların tərəfini tutmağı məni sarsıtdı. Halbuki, birinci sezondakı erməni iştirakçı Roza Saki Hovyatısyan belə etmirdilər. Bu oyun nəyə xidmət edir onu anlamıram.
Türklər-azərilər qardaşdır. Amma bu verilişdəkilər kimin dəyirmanına su tökür başa düşə bilmirəm. Əvvəl də Nur xanım məni otağına çağırırdı. Deyirdi ki, sən təksən, favori iştirakçımsan. Bildirirdi ki, azərbaycanlılara belə edə bilmərəm. Orda mənim çox müştərilərim var. Mən sonra öyrəndim ki, o bütün iştirakçıları belə yanına çağırırdı. Hamısını aldadıb, bir-birinin üstünə göndərirdi. Atam onlara dedi ki, mənim qızım daha o yarışmada iştirak etməyəcək. İnsanlar reytinq uğruna nələr edir. Onlar üçün mənim yaşadığım həyat nağıl kimidi. Bəlkə də günah məndə idi. Elə iştirakçıların olduğu bir yarışmaya qatıldım”.
Sima onu da qeyd edir ki, RTÜRK “İşte benim stilim” yarışmasını reytinq uğruna insanlardan istifadə etdiyi üçün cərimələyib:
“Bu cəzadan sonra arxamca belə yalan danışmaları çox gülməli idi”
Qalmaqallı iştirakçı fanatlarının bu moda müsabiqəsini boykot etdiyini bildirib:
“Fanatlarım mən çıxdıqdan sonra bu verilişi boykot ediblər. İnsanların yarışmaya baxmamaları barədə kampaniyaya başlayıblar. Eşitdiyimə görə müsabiqə reytinq cədvəlində 29-cu yerdədi. Əgər bu veriliş reytinq cədvəlində 30cu yerdə qərarlaşsa, kanal rəhbərliyi avtomatik olaraq layihənin yayımını dayandırır. Bu verilişə təkcə elə azərbaycanlılar baxmasa, məncə, layihə dayanar”.
Mənbə:> Qafqazinfo.az