Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində » AzNews.info -Xəbər portalı

Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində – FOTO

Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində


Azərbaycanlı gənc fotoqraf İradə Qədirovanın işi İstanbulda, "Tolerantlıq" mövzusunda keçirilən beynəlxalq fotomüsabiqədə qalib gəlib. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkil etdiyi fotomüsabiqədə iştirak edən foto şəkillər Taksim Cümhuriyyət Sənət Qalereyasında sərgilənib.

AzNews.info xəbər verir ki, dekabrın 21-də 70-dən çox ölkənin fotoqrafının qatıldığı beynəlxalq müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Qalib fotoqraflara diplomlar təqdim edilib.Müsabiqəyə buraxılan 1000 fotodan azərbaycanlı fotoqraf İradə Qədirovanın işi 3-cü yerə layiq görülüb.

Müsabiqədə birinci yeri Tanveer Hassan Rohan (Banqladeş), ikinci yeri İbrahim Aysündü (Türkiyə), xüsusi mükafatı Ramiz Aksoy (Türkiyə) qazanıb.

Gənc fotoqrafların "Tolerantlıq" mövzusundakı işləri İstanbulda,Taksim Cümhuriyyət Sənət Qalereyasında dekabrın 25-nə kimi nümayiş olunacaq.

Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində
Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində
Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində
Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində
Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində
Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində
Azərbaycanlı fotoqrafın fotoları İstanbul sərgisində

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *