Azərbaycanlı fotoqraf saxlanıldı
Tanınmış azərbaycanlı fotoqraf Əhməd Muxtarın saxlanılması haqda məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda onun həmkarları sosial şəbəkədə informasiya yayıblar. Onların sözlərinə görə, Əhməd Muxtar 3 mülki şəxs tərəfindən evinin qarşısında tutulub və naməlum istiqamətdə aparılıb.
Fotoqrafın nə səbəbə saxlanılması haqda xəbər yoxdur.
Əlavə məlumat veriləcək.
Mənbə:> Qafqazinfo.az