Stalik Xankişiyev: Zorla azərbaycanlı olmaq mümkün deyil
Azərbaycanlılar Ermənistanda matəm mərasiminin keçirilməsinə dair televiziya xəbərinin mətninin İradə Zeynalova tərəfindən oxunmasını internetdə çox fəal şəkildə müzakirə edirlər. Çoxları onu qınayaraq, “o, ümumiyyətlə, azərbaycanlıdır ki?!” sualını verir.
Mən bu sualı, özünü məhz xalis azərbaycanlı hesab edən Facebook dostlarıma ünvanlamaq istəyirəm. Suala qulaq verin, bir qədər uzundur.
Keçən il kulinar və fotoqraf kimi mənim üçün çox mühüm olan MRE foto-sərgimə həsr edilmiş, sovqatlarla müşayiət edilən “master-klass” keçirdim. Tədbir 300-400 nəfər üçün hazırlanmışdı. Mən Facebook vasitəsilə Moskvada yaşayan təxminən minə yaxın azərbaycanlıya dəvətnamə göndərdim.
Mən gözləyirdim ki, yüz, heç olmasa əlli, yaxşı qoy olsun on nəfər azərbaycanlı gələcək. Foto-sərgi darıxdırıcı bir şey olsa da, bu yaxınlarda yəhudi tolerantlıq mərkəzində Fransadan olan azərbaycanlı fotoqrafın sərgisi keçirilmişdi, ora Leyla Əliyeva da təşrif buyurmuşdu, o sərgidə iynə atsan yerə düşməzdi.
Mənim sərgimdə Leyla xanım, Polad Bülbüloğlu və başqa rəsmi şəxslər gözlənilmirdi. Mən bu sərgini öz qüvvəmlə təşkil etmişdim. Bilirsiniz bizimkilərdən neçə nəfər gəldi? Bir nəfər – onun Tacikistanda vəfat edən mərhum babası azərbaycanlı olub. Amma onun çiyin-çiyinə dayanmaq anlayışı azərbaycanlı valideynlərin Azərbaycanda dünyaya gəlmiş övladlarının əksəriyyətindən daha genişdir.
Məndən inciyə bilərsiniz, amma indi yan keçə bilməyəcəyim sualı verəcəm. Necə düşünürsüz, erməni olsaydım nə qədər həmvətənlim məni dəstəkləməyə gələrdi? Cavab rəqəmlərlə deyil, bəli və ya xeyr kimi səslənməlidir – biz ümumiyyətlə, millətik ya yox?
Özünüzü müzakirə edin, kənardan bir özünüzə baxın, İradə Zeynalovaya yox.
Moskvanın mərkəzində erməni məbədinin günbəzindən hündür olacaq Azərbaycan məscidini tikəndən sonra, yad eldə doğulan qanıqarışıqlardan “Sən özünü azərbaycanlı hesab edirsənmi?” deyə soruşarsınız.
Mən hesab edirəm ki, mən azərbaycanlıyam. Başqalarını isə, hətta öz uşaqlarımı və ya nəvələrimi buna məcbur etməyə haqqım yoxdur. İnsan bu və ya digər millətə birləşmək arzusuna malik olmalıdır və elə yaşamalıdır ki, onun digər həmvətənləri onunla fəxr etsinlər”.
Stalik Xankişiyev
Mənbə:> Oxu.Az