İstanbulda 200-dən çox adam saxlanıldı
Türkiyənin İstanbul şəhərində 1 May mitinqlərində 203 nəfər saxlanılıb, 24 nəfər xəsarət alıb. Xəsarət alanlardan 18-nin nümayişçi, 6-nın isə polis əməkdaşı olduğu bildirilir. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Toqquşmalar Həmkarlar İttifaqlarının nümayəndələri və bəzi qruplar "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə icazəsiz aksiya keçirməyə cəhd edərkən baş verib. Türkiyənin Həmkarlaq İttifaqları yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət etmiş, lakin şəhər rəhbərliyi onlara rədd cavabı vermişdi.
Mənbə:> ANSPRESS