Binə aksiyasına görə 11 nəfər saxlanıldı, 4 nəfərə cinayət işi açıldı
AZXEBER.COM saytı xəbər verir ki, bu barıdə DİN-in rəsmi saytında məlumat yayılıb. Nazirlik bildirir ki, noyabrın 8-də səhər saatlarında 160-170 Binə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib.
"Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atıb, Post-Patrul Xidməti bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetiriblər. "Fiat-Doblo" markalı iki xidməti avtomobilə ziyan vurulub" - deyə DİN bildirir.
Nazirlik bildirir ki, hadisənin fəal iştirakçılarından 19-u polisə gətirilsə də sonradan ikisi azyaşlı olan 4 adam xəbərdarlıq edilib buraxılıb. 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.
Mənbə:> AZXEBER.COM