Blatter və Platini 8 il müddətinə vəzifələrindən kənarlaşdırıldılar
FİFA-nın Etika Komitəsi FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platinini futbolla bağlı vəzifələrindən kənarlaşdırıb, bu barədə Reyter agentliyi məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Blatterin 2011-ci ildə Platiniyə qanunsuz şəkildə pul verməsi ilə bağlı iş açıb.
Pullar guya ki, Platininin hesabına 1999-cu ildən 2002-ci ilə qədər yerinə yetirdiyi iş üçün köçürülüb.
Fransız bəyan edib ki, ödəmə müqavilə üzrə və qanuna müvafiq olaraq həyata keçirilib.
Qeyd edək ki, oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi hər iki qurumun prezidentini futbol sahəsindən 90 gün müddətinə kənarlaşdırmışdı.
Mənbə:> Oxu.Az