Platini FİFA-ya prezident olmaq istəyir
Avropa Futbol Federasiyaları Birliyi (UEFA) prezidenti Mişel Platini FİFA prezidentliyinə seçkilərdə öz namizədliyini irəli sürəcək.
Bu barədə Oxu.Az AS-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Platini FİFA-ya rəhbərlik etmək istəyir. Öz yerinə isə o Almaniya futbol birliyinin prezidenti Volfanq Nirsbaxı qoyacaq.
FİFA başqanlığına namizədliyini irəli sürmək istəyən Platininin dəstəkçiləri də məlumdu. Artıq 4 konfederasiya onu dəstəkləyəcəyini bəyan edib.
Qeyd edək ki, 1998-ci ildən dünya futboluna rəhbərlik edən Yozef Blatter ötən ay növbəti dəfə FİFA prezidenti seçilməsinə baxmayaraq, gözlənilmədən vəzifəsindən istefa vermişdi. İyulun 20-də isə FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası baş tutacaq və prezident seçkilərinin tarixi müəyyənləşəcək.
Mənbə:> Oxu.Az