FİFA-da müvəqqəti prezident müəyyənləşdi

FİFA-da prezidentlik vəzifəsini müvəqqəti icra edəcək şəxs müəyyənləşib.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu, FİFA Etika Komitəsinin vitse-prezidenti İssa Hayatoudur.
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb.
Mənbə: Qol.az