FİFA prezidenti vəzifəsindən kənarlaşdırılıb
Beynəlxalq futbol federasiyasının (FİFA) etika komitəsi təşkilatın prezidenti Yozef Blatteri 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sky News Blatterin müşaviri Klaus Ştalkerə istinadən xəbər verir.
“Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Hələ ki, bildiyimiz yalnız budur”, - Ştelker bildirib.
Mənbə:> Oxu.Az