Mişel Platininin Azərbaycana səfəri təxirə salındı
UEFA prezidenti Mişel Platini Bakıya gəlməyəcək.
Oxu.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, M.Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.
Xatırladaq ki, UEFA prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd M.Platinin AFFA-nın dəvətilə bu ilin oktyabr ayında ölkəmizə səfər etməli, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunan Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak etməli və AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununu izləməli idi.
Tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.
Mənbə:> Oxu.Az