Mustafazadənin "Boz şəhər"i » AzNews.info -Xəbər portalı

Mustafazadənin "Boz şəhər"i

Mustafazadənin "Boz şəhər"i


Gənc bloqqer və yazar Vüsalə Mustafazadə "Boz şəhər" adlı öz yeni şeirini paylaşıb:

Nədir dərdi bu şəhərin
Valideyn himayəsindən məhrum uşaqlar kimi
Boynu bükük, sevgiyə möhtac duruşu.
Qayğıya möhtac bu şəhərin
Gözlərində sönük xatirələr var.
Hər gün bir az daha rəngini itirir göylər
Soyuq qış gecəsində
Ulduzlar da qeybə çəkilir
Hər gün bir az daha ümidlə açılan səhərlərin
Sayı azalır bu şəhərdə
Nədir belə boz göstərən bu şəhəri
Sevgisizlikdən əziyyət çəkən insanlarmı?
Gözü yolda qalan sevgilərmi?
Yoxsa təklikmi?
Hər gün bir az daha səbri, dözümü azalır bu şəhərin
Duyğularını dəfn edib çoxdan
Üstünü də bir iki göz yaşıyla örtüb,
Öz dərdini içinə çəkib,
Sonsuzadək susub bu şəhər.
Hardan baxırsan olmur, alınmır
Olmur da demək yetmir bəzən.
Bütün gecələr xoşbəxt,
Bütün sabahların üzü gülsün bizə deyib
Bu şəhəri tərk edirik.
Dərdi var bu şəhərin.
Hamıdan çox,
Hər şeydən ağır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *