"Bu sevginin təsəllisi yoxdur" » AzNews.info -Xəbər portalı

"Bu sevginin təsəllisi yoxdur" – Vüsalə Mustafazadə

"Bu sevginin təsəllisi yoxdur"


Gənc bloqqer və şairə Vüsalə Mustafazadə öz yeni şeirini paylaşıb.

AzNews.info həmin şeiri oxucularına təqdim edir:

Sol tərəfim son günlərdə rahatsız sanki
Özümü daha çox anlamağa,
Dinləməyə çalışıram
Özümə enirəm
Dərinə, daha dərinə...
Ruhum ağrıyır
Təsəllisi yoxdur bu hisslərin
Bəlkə də
Bəlkə də yanılıram!
İçimdəki ağrılardan tükənirəm sanki
Ayrılıqların adını sənsizlik qoymuşam
Mən özüm boyda dünyada sənsizlikdən əziyyət çəkirəm.
Təsəllisi olmur sənsizliyin, ayrılığın,
Məqsədi, niyyəti, səbəbi olmur!
Bilirsən?
Məncə bilmirsən
Mənim sevgi romanımda,
Ayrılıq kəliməsi keçən hər cümlənin,
Sənsizlik yazılan sətirlərin,
Təsəllisi olmur.
Nə bu dünyada, nə mənim həyatımda, nə evimdə
Yaşamağın mənası olur.
Qısacası hansı tərəfindən baxırsan bax,
Sənsizlik daha çox sol tərəfdən zərbə vurur.
Həyatımda ən qətiyyətli dediyim ilk və son söz
"Sənsiz olmur"!
Bu şəhərin sənlə keçən küçələri
Sənsizlikdən darıxır.
Mənim kimi üzü gülmür
Bu şəhərin boz havası belə,
Sənsizlikdən üsyan edir.
Sən bilmirsən bu şəhərdə yağan yağışlar,
Gözlərimdəki yaşlara dost olur, yoldaş olur.
Sən bilmirsən
Bu şəhərin hər fəsli, hər payızı sənsiz olduğu üçün
Mənə düşmən olur.
Təsəllisi yoxdur bunun
Məncə bilmirsən
Mən bəlkə də səni sevən bütün qadınlardan çox
Daha çox…
Sənin üçün, qoxun üçün,
Nəfəsin üçün, varlığın üçün
Hər gün bir az daha çox darıxıram
Təsəllisi yoxdur!
Məncə yoxdur!
Sənlə birgə,
Əl-ələ, göz-gözə, bu soyuq noyabr havasında
Nəfəsinlə isinmək, tam olmaq varkən
Sənsiz natamam, boşluqda yaşamağın!
Məncə bilmirsən bu boyda sevgidə
Tək qalmağın rəngini, dadını, qoxusunu
Məncə sən
Sənsizliyin təsəllisi olmadığını bilmirsən!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *