Gənc bloqqerin "AĞRILAR"-I » AzNews.info -Xəbər portalı

Bölmə: Ədəbiyyat

Gənc bloqqerin "AĞRILAR"-I

Gənc bloqqerin "AĞRILAR"-I


Gənc yazıçı bloqqer Vüsala Mustafazadə öz yeni şeirini paylaşıb.

AzNews.info bloqqerin yeni şeirini oxucularına təqdim edir:

Adam möhtacdır bilirsən nəyə?
darıxan bir ürəyə
ana qoxusu qədər doğma olan qucağa
Uzaqlara möhtacıq
Zaman-zaman əlimizdən alınan oyuncaqları oralarda tapmaq ümidilə...
Özümüzdən başqa hamını sevirik bəlkə də
Başqalarını sevə sevə də özümüzü öldürürük.
Qısacası başımıza nə gəlirsə çox sevməkdən gəlir.
Bütün sevgilərin mükafatı ayrılıq olur.
Ayrılıqlarımızı günah hesab edib elə susuruq ki
Yaşadığımız xatirələri soyumamış torpağa basdırırıq.
Adam yaşamağa da utanır hərdən.
Bu şəhərin hönkürüb ağlayan kişilərini görmüşəm - çarəsizlikdən
Sevgisizliklən gündən günə əriyib yox olan qadınlarını…
Qucaqlaşmağı müqəddəs bilənlərə
Onu belə çox gördülər.
Heç bilmirsən nəyin ağrısıdır bu qədər adamı sümüklərinə qədər incidən?
Vicdanını belə başqasına əmanət edib rahat yaşayırsana
Bu şəhərdə ana-bala sevgisi belə saxtadırsa
Doğmalarımız bu şəhəri tərk edəndə böyük bir boşluğa düşürüksə
Günəş sevgilinin şəhərində doğursa uzaqdan
Bağışla Bakı səni sevməyə səbəbim də qalmayıb.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *