Əlvida » AzNews.info -Xəbər portalı

Bölmə: Gənclik, Ədəbiyyat

Əlvida

Əlvida


Gənc bloqqer Vüsalə Mustafazadə öz yeni şeirini paylaşıb.

AzNews.info həmin şeiri oxucularına təqdim edir:

Mən sənə açmışam qollarımı
Yoxluğunu bildiyim halda varlığından təsəlli tapmaq üçün,
Çarəsizcə yana açılmış qollarımda bu qədər xatirə saxlamaq üçün,
Bəlkə də daş-divar olmuşam.

Mən sənə gəlmişəm
Darıxmağımı özümdə saxlaya bilmədiyim üçün
Ovcumda ümidlərimlə gəlmişəm.
Mən sənə susmuşam
Özümdən ağır olan bu sevgini paylaşa bilmədiyim üçün
Bəlkə də ən güclü olmuşam.
Mən o qədər susmuşam ki
Bəlkə sən bunu bilsəydin yalvarardın "susma" deyə
Mən sənə yazmışam
Bütün sətirləri,
Bütün qanadı qırılan kəpənəklərin hekayələrini danışım deyə...
Bir kəpənəyin ömrü qədər yaşadım.
Sən bilmədin kəpənəyin ömrünü.
Mən bütün duyğularımı sənə yaşadım
Bütün sevincimi, kədərimi o qədər dərin yaşadım ki...
Sən bilsəydin hönkürüb ağlayardın.
Mən sənə bağışladım
Bütün günahlarını
Sən ki özünü bağışlaya bilmədin.

Mən səndən gedərkən
Bu şəhərin bütün gecələrini, səhərlərini sənə saxladım
Bütün küçələrini, hətta günəşin batmasını belə sənə saxladım
Mən sənə...
Mən sənə bu şəhərdə "sabahın xeyir" deyə bilmədiyimdən
Başqa bir şəhərin gecəsindən əlvida deyirəm.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *