Rafiq Tağının ailəsi Zakir Qaralova müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rafiq Tağının ailəsi Zakir Qaralova müraciət etdi

Rafiq Tağının ailəsi Zakir Qaralova müraciət etdi


Qətlə yetrilmiş yazıçı-publisist Rafiq Tağının ailəsi baş prokuror Zakir Qaralovla görüşmək üçün müraciət edib.

Mərhum yazıçı-publisistin qardaşı İlqar Tağıyev ANS PRESS-ə verdiyi açıqlamasında baş prokurora teleqram vurduğunu bildirib:

“Baş prokuror oktyabrın əvvəlində jurnalistlərə verdiyi açıqlamasında qardaşımın qətli ilə bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdiyini demişdi. Cənab Qaralovun dedikləri bizdə bu cinayət işinin açılacağına və Rafiq Tağının qatillərinin tapılacağına olan ümidləri artırdı. Teleqramda baş prokurorla görüşmək və qardaşımın qətlinin açılması istiqamətində aparılan cinayət işinin istintaqında olan yeniliklər barədə məlumat almaq istədiyimi qeyd etmişəm".

İlqar Tağıyev qardaşı Rafiq Tağının sifarişlə qətlə yetirildiyini və bu qətlin sıradan bir cinayət olmadığını bildirməklə yanaşı bildirdi ki, istintaqın 3 il ərzində heç nə əldə edə bilməməsinin narahatlıq yaradır.

Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, noyabrın 23-də isə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *