Hamburq sakinləri Olimpiadadan imtina etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Dünya

Hamburq sakinləri Olimpiadadan imtina etdilər

Hamburq sakinləri Olimpiadadan imtina etdilər


Almaniyanın Hamburq şəhərinin sakinləri keçirilən referendum zamanı 2024-cü ilin Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxıblar.

Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, protokolların böyük əksəriyyəti sayıldıqdan sonra referendumda iştirak edən şəhər sakinlərinin 51,6%-nin əleyhinə səs verdiyi məlum olub.

Beləliklə, Hamburq Olimpiya Oyunlarının keçirilməsinə iddia edən şəhərlərin siyahısını tərk edib. İndi 2024-cü ilin Oyunlarına cəmi dörd şəhər - Paris, Roma, Los-Anceles və Budapeşt namizəddir.

Beynəlxalq Olimpiya Komitəsi Oyunlarının keçiriləcəyi yer barədə yekun qərarı 2017-ci ilin sentyabrında qəbul edəcək.

Almaniya 1972-ci ildən - Münhen Oyunlarından sonra Olimpiada keçirməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *