Budapeşt 3-cü namizəd olur
Roma və Boston şəhərlərindən sonra Budapeşt də 2024-cü il Yay Olimpia Oyunlarına ev sahibliyi etmək iddiasına düşüb.
ANS PRESS-in məlumatına görə, Macarıstan Milli Olimpiya Komitəsi paytaxt Budapeştin namizədliyini rəsmən irəli sürüb. Qurumun saytında yerləşdirilən məlumatda deyilir ki, komitə üzvlərindən 125-i bu qərarın lehinə, yalnız 1-i əleyhinə səs verib.
Ümumiyyətlə, 2024-cü il Olimpia Oyunlarının keçirilməsi üçün bundan əvvəl İtaliya paytaxtı Roma və ABŞ-ın Boston şəhərləri namizədlik ərizəsi verib. Almaniyanın Berlin və Hamburq şəhərlərinin rəhbərləri də bununla bağlı müraciət edəcəklərini bildiriblər.
Xatırladaq ki, yekun siyahı bu il sentyabrın 15-də təsdiqlənəcək, ev sahibinin adı isə 2017-ci ildə rəsmən açıqlanacaq.
Mənbə:> ANSPRESS