İŞİD-ın Roma və İstanbul arzusu » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

İŞİD-ın Roma və İstanbul arzusu

İŞİD-ın Roma və İstanbul arzusu


İŞİD terror təşkilatı İstanbul və Romanı "fəth etmək" istəyir. ANS PRESS-in məlumatına görə, İŞİD-ın təbliğatını aparan jurnalda terrorçuların son məqsədləri açıqlanıb.

Qanlı əməlləri ilə gündəmdən düşməyən İŞİD Suriya, İraq, Fələstin, İordaniya torpaqlarının daxil olduğu və Şəriətə əsaslanan dövlət qurmağı hədəfləyir. Jurnalda İstanbul haqqında bəzi məqamlar yer alıb.

2010-cu ildə Amerika hücumları nəticəsində həyatını itirən təşkilatın qanadlarından birinin məsul şəxsi olan Əbu Hamzə El-Muhacirin sözləri ön plana çıxarılıb. "Kölələşdirmə, atəşkəsin imzalanmasından öncə ya da xəyanətdən sonra olacaq. Ən doğrusunu Allah bilir. Bu hadisələr ən böyük və qanlı savaş olan əl Melhametul Kübraya zəmin yaradacaq. Bu savaş müsəlmanlar və romalılar arasında Dəccalın ortaya çıxması və Məsihin enişinən sonra olacaq. Savaşın sonunda müsəlmanlar İstanbula, sonra isə Romaya irəliləyəcəklər. Bu iki şəhər fəth ediləcək və buralarda xilafətin bayrağı yüksələcək".

Terrorçu təşkilat qərb ölkələrinə təhdidlər etməyi də unutmayıb. Belə ki, "Romanı tutacağıq, xaçınızı qıracaq, qadınlarınızı əsir alacağıq" deyə hədə-qorxu gələn təşkilat hücumlarından əsla əl çəkməyəcəklərini qeyd edib.

"Və sizlərə söz veririk. Allahın icazəsi ilə bu son səfəriniz olacaq. Əgər biz o zamana kimi qalmasaquşaqlarımız və nəvələrimiz sizin oğullarınızı kölə olaraq satacaq".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *