Bakının 2024-cü il Olimpiya Oyunlarından imtinasının SƏBƏBLƏRİ
Gənclər və İdman Nazirliyi Bakının 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürülməməsinə münasibət bilidirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Oxu.Az-a bildirb ki, Bakının 2024-cü il Olimpiadasına namizədlikdən imtina etməsinə səbəb qarşıdan gələn digər irimiqyaslı yarışlara hazırlıqla əlaqədardır.
“Biz namizədliyimizi vermədik. Çünki qarşıda İslam Həmrəylik Oyunları - 2017, “Formula 1” yarışı və Şahmat Olimpidası var. Eyni zamanda 2016-cı ildə Rio De Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşırıq. 2024-cü il Olimpiya Oyunları həddən artıq diqqət və konsentrasiya tələb edir”, - nazirliyin nümayəndəsi deyib.
Mənbə:> Oxu.Az