Bakı 2024-cü il Olimpiya Oyunlarının keçirilməsi üçün müraciət edib? – RƏSMİ AÇIQLAMA
Azərbaycanın paytaxtı Bakının 2024-cü ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə Oxu.Az Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan hələ ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyib, bu istiqamətdə qərar qəbul olunmayıb və ölkə məsələ ilə bağlı hələlik Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlamayıb.
Onu da qeyd edək ki, bir müddət əvvəl mətbuata açıqlama verən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı məsələ olduğunu, lakin yekun qərarı dövlət başçısının verəcəyini bildirmişdi.
“Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur”, - deyə, nazir bildirmişdi.
Onu da əlavə edək k, bu gün bəzi mətbu orqanlar Azərbaycanın artıq Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdiyini yazıb.
Mənbə:> Oxu.Az