Bakıda fəhlə iş başında öldü
Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.
Yaralı əməliyyat zamanı dünyasını dəyişib.
Mənbə:> Trend