İranda şiddətli zəlzələ oldu
İran İslam Respublikasında zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, təbii fəlakət ölkənin cənub-qərbindəki Xuzustan əyalətinin Məscidi Süleyman şəhərində qeydə alınıb. “Tehran” universiteti Geofizika fakuıtəsi Seismologiya mərkəzinin məlumatına əsasən yerli vaxtla saat 00.47-də baş vermiş zəlzələnin şiddəti 5.3 bal gücünfə olub. Yerin 10 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Məscidi Süleyman şəhərinə 22 km məsafədəki bölgə olub.
Zəlzələdən sonra dağıntı və insan tələfatı barədə məlumat verilməyib.
Mənbə:> ANSPRESS